“Simurq” Gürcüstan çempionu ilə də qollu heç-heçə etdi - YENİLƏNİB
26.01.2012 - 17:47
“Simurq” Gürcüstan çempionu ilə də qollu heç-heçə etdi - YENİLƏNİB
Bu gün “Simurq” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, rusiyalı Sergey Yuranın baş məşqçisi olduğu Zaqatala təmsilçisi Gürcüstan çempionu Kutaisi “Torpedo”su ilə qüvvəsini sınayıb. Bakı vaxtilə saat 16:00-da başlayan matç 1:1 hesabı ilə yekunlaşıb. Oyunda hər 2 qol penalti zərbəsindən vurulub. Komandamız hesabı ilk hissədə yarımmüdafiəçi Tofiq Mikayılovun vurduğu qolla açıb. Rəqib oyunun sona yaxın məğlubiyyətdən qaça bilib.

Qeyd edək ki, “Simurq” ilk matçda Qazaxıstanın “Kaysar” klubu ilə də 1:1 hesablı bərabərliyə qalmışdı.