Yığmamızın macarlarla 2-ci heç-heçəsi - YENİLƏNİB
26.01.2012 - 20:01
Yığmamızın macarlarla 2-ci heç-heçəsi - YENİLƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığması (U-21) bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı Bernard Lippertin baş məşqçisi olduğu yığmamız Macarıstanın “Ferentsvaroş” klubu ilə görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində İqbal Umarov fərqlənib.

Qeyd edək ki, Antalyada ilk yoldaşlıq oyununu yanvarın 23-də Macarıstanın U-21-i ilə keçirən millimiz 1:1 hesabı ilə bərabərliyə qalmışdı.