Millimizin futbolçusu üçün görünməmiş hal
26.01.2012 - 15:30
Millimizin futbolçusu üçün görünməmiş hal
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev görmədiyi halla üzləşib. Apasport.az saytının məlumatına görə, bu ayın əvvəlində Yunanıstanın “Panionios” klubuna keçən 20 yaşlı yarımmüdafiəçi ilk dəfə matçı kənardan izləyib. Araz Yunanıstan kubokunun 1/4 final matçının “Olimpiakos”la oyununda (0:4) baş məşqçi Apostolos Mantziosa lazım olmayıb. Hərçənd İngiltərə “Everton”unun “Panionios”una icarəyə verdiyi gündən Araz bütün oyunların iştirakçısı olmuşdu.

Araz Abdullayev “Panionios”un bu il keçirdiyi bütün oyunlarda
04.01.2012 Superliqa. Panionios – Asteras Tripolis - 2:0 (son 28 dəqiqədə meydanda olub)
07.01.2012 Superliqa. Erqotelis – Panionios – 1:0 (2-ci hissədə meydanda olub)
11.01.2012 Yunanıstan kuboku. Panionios – Panatinaikos – 0:0, pen.4:3 (start heyətdə, 87 dəqiqə)
15.01.2012 Superliqa. Panionios – Panaitolikos - 1:0 (start heyətdə, 66 dəqiqə)
21.01.2012 Superliqa. PAOK - Panionios – 1:0 (start heyətdə əvəzolunmadan)
25.01.2012 Yunanıstan kuboku. Olimpiakos - Panionios – 4:0 (oynamayıb)