“Qarabağ” mini-futbol oynadı
26.01.2012 - 16:10
“Qarabağ” Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, yanvarın 25-də Avstriya “Rid”i ilə qarşılaşan komandanın hazırlıq proqramında bu gün tək məşq olub. Məşq yerli vaxtla 11:00-da baş tutub. Dünəndən davam edən qeyri-sabit hava şəraiti komanda otelin ərazisində yerləşən balaca meydançada məşq etməyə məcbur etmişdi. Dənizin kənarında baş tutan çalışma daha çox rahatlaşdırıcı funksiya yerinə yetirdi. İsinmə hərəkətlərinin ardından futbolçular qeyri-standard topa həndbol oynadılar. Futbolçular sonra 2 qrupa bölünərək mini futbol oynadılar.
Qeyd edək ki, “Qarabağ” sabah 18:30-da Rumıniyanın “Vaslui” komandasıyla qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” sabah 18:30-da Rumıniyanın “Vaslui” komandasıyla qarşılaşacaq.
0
0