Azərbaycanlı futbolçu Leonid Buryaka lazım olmadı
26.01.2012 - 16:22
Azərbaycanlı futbolçu Leonid Buryaka lazım olmadı
Azərbaycanlı futbolçu Ruslan Zeynalov çıxış etdiyi Ukraynanın “Aleksandriya” klubuna lazım olmayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 30 yaşlı hücumçunu Türkiyəyə təlim-məşq toplanışına aparmayıb. Ruslan Ukraynada saxlanılan 3 futbolçudan biri olub. Baş məşqçi Leonid Buryakın qərarı ilə onlar əsas komanda ilə Antalyaya aparılmayaraq, əvəzedicilərdə məşq edir.

Qeyd edək ki, Berti Foqts millimizin baş məşqçisi postunda debüt etdiyi vaxtda – 2008-ci ildə Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə Zeynalovu aparsa da, ona şans verməmişdi.