Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”dan qovulan baş məşqçini seçdi
26.01.2012 - 18:24
“Torpedo” ilə oyunumuz maraqlı keçdi. Rəqib yaxşı, sürətli komandadır. Biz də yaxşı təsir bağışladıq. Hələ hazırlıq dövrü getdiyindən, heyətimiz tam formalaşmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib. Antalyada təlim-məşq toplanışını davam etdirən zaqatalılar 2-ci yoxlama matçında bu gün Kutaisi “Torpedo”su ilə 1:1 hesablı bərabərliyə qalıb.
İcraçı-direktor baxışda olan ukraynalı hücumçu Sergey Kovalenko ilə bağlı yekun qərar vermədiklərini bildirib: “O, yaxşı təsir bağışladı. Vurduğumuz penaltini də məhz Sergey qazandı ki, bunu Tofiq Mikayılov qola çevirərək, hesabı açdı. Kovalenkonu son yoxlama oyunumuzda da sınayacağıq. Onu deyim ki, Almaniyanın II Bundesliqa təmsilçisi “Offenbax”la matçımız yanvarın 31-də yox, 1 gün əvvəl olacaq. 31-də vətənə qayıdacağımızdan, son oyunumuzu 30-a saldıq. Həmin matça daha bir legioner gəlib, baxışdan keçməlidir”.
Zaqatala klubunun rəsmisi müqavilə bağlamaya hazırlaşdıqları moldovalı hücumçu Vyaçeslav Sofroninin məsələsinə də aydınlıq gətirdi: “Onun məsələsi artıq tam qapanıb. Demək olar ki, komandamıza keçidi baş tutmadı. Vyaçeslav artıq düşərgəmizdə deyil, deyəsən, Moldovaya qayıdıb. Onun Qazaxıstanın “Ordabası” klubundan aldığı təklifi dəyərləndirib, ora keçəcəyi gözlənilir. Deməzdim ki, Sofroni qiymətini qaldırmaq məqsədilə digər təklifi ortaya atdı. Onun “Ordabası”ya keçidi realdır. Biz moldovalı ilə hər şeyi danışmışdıq. Ancaq Vyaçeslav sonda Qazaxıstan klubunu seçdi”.
Qeyd edək ki, “Bakı”nın heyətində Azərbaycan kubokunun qalibi olan Sofroni “Ordabası”da baş məşqçisi 2006-cı ilin ilk yarısında “Xəzər Lənkəran”nı çalışdıraraq, oradan qovulan ukraynalı Viktor Pasulko olacaq. Qazaxıstanın Premyer Liqa təmsilçisini bu ildən çalışdıran təcrübəli mütəxəssis Lənkəran klubuna gələnə kimi Moldova yığmasına rəhbərlik edirdi. Pasulko “Ordabası”ya ötən mövsüm ölkə kubokunu və Avroliqaya vəsiqə qazandırdı, çempionatda isə 6-cı oldu.
Mehman SÜLEYMANOV

0
0