Kreslo davası
27.01.2012 - 00:03
Bir neçə gün əvvəl “Turan”ı maliyyələşdirməkdən imtina edən Musa Süleymanov fikrini dəyişib. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun komandaya sahib çıxacağı xəbərini eşidincə, Süleymanov əl-ayağa düşüb.
Belə ki, Zeynalovun stadiona baş çəkməsindən sonra Musa bəy fərqli qərar qəbul edib. İstefa vermədiyini açıqlayan Süleymanov postunda fəaliyyətini davam etdirəcəyini, sadəcə, istənilən iş adamının komandaya yardım edə biləcəyinə şərait yaradacağını deyib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, hazırda kluba sahib çıxmaq uğrunda gizli savaş gedir. Rayon rəhbəri ilə Musa Süleymanovun sözü düz gəlməyib. Stadionun klubu himayə edəcək yeni rəhbərin adına keçirilməsinin vacibliyi hazırlıq prezidentin xoşuna gəlməyib. Nəticədə o, komandaya özünü baxacağını deyib.
Bir sözlə, Tovuzda kreslo, stadion davası gedir. Ortada isə komanda yoxdur. Çempionatın startına isə iki həftədən bir qədər artıq vaxt qalıb.

0
0