Əfran İsmayılov İstanbulda
27.01.2012 - 09:37
Müalicə olunması üçün İstanbula yollanan dizindən zədələnən Qara Qarayevin ardınca daha 1 futbolçu “Qarabağ”ın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Əfran İsmayılov da İstanbulda bərpa və gücləndirici çalışmalar yerinə yetirəcək. Amma Qaradan fərqli olaraq Əfranın səfəri daha qısa olacaq. 3 gün həkim nəzarəti altında xüsusi çalışma yerinə yetirəcək 23 yaşlı futbolçu yenidən komandasının düşərgəsinə dönəcək. Əfranın yanvarın 31-də “Petrolul Ploesti” ilə keçiriləcək yoxlama oyununa yetişəcəyi gözlənilir.
0
0