“Kəpəz”dən darmadağın
27.01.2012 - 09:47
Gəncənin “Kəpəz” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fuad İsmayılovun yetirmələri Qazaxıstanın “Atırau” klubunu sınağa çəkib. Təmsilçimiz darmadağına sevinərək bu matçda 4:1 hesablı qələbə qazanıb. Gəncəlilərin qollarını Ceyhun Sultanov, Pərvin Paşayev, Yuri Fomenko (2) fərqləniblər.
0
0