Didye Droqbanın komandası 1/4 finalda
27.01.2012 - 10:05
Didye Droqbanın komandası 1/4 finalda
Afrika Millətlər Kubokunda daha 1/4 finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin aşkar favoritlərindən olan Fil Dişi Sahili yığması inamlı qələbə ilə buna nail olub. Bununla da Didye Droqbanın kapitanı olduğu milli 6 xalla liderliyini möhkəmlədib. 2-ci yerdə gedən Anqola yığması qələbəni əldən verdiyindən, vəsiqəni rəsmiləşdirməyi sonraya qalıb. Bunun üçün Fil Dişi Sahili yığması ilə son turdakı oyunda uduzmamaq yetərlidir.

Sudan – Anqola – 2:2
Məhəmməd Bəşir, 33, 74 – Manuşu, 5, 50-pen

Fil Dişi Sahili – Burkina-Faso – 2:0
Salomon Kalu, 16, Bakari Kone, 82-öz qapısına

Fil Dişi Sahili – 6, Anqola – 4, Sudan – 1, Burkina-Faso - 0

Qeyd edək ki, ilk ¼ finala ilk vəsiqəni turnirin təşkilatçılarından biri olan Ekvatorial Qvineya yığması qazandı.