“Bakı” “Arsenal”la da qarşılaşacaq
27.01.2012 - 10:13
“Bakı” “Arsenal”la da qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” klubunun daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi Ukraynanın “Arsenal” klubu ilə də qarşılaşacaq. Bu matç yanvarın 29-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bakılılar qonşu ölkədə keçirdiyi əvvəlki 3 matçın hamısında məğlub olub. Antalyada ilk yoldaşlıq matçında Hollandiyanın "AZ Alkmaar" klubuna 1:5 hesabı ilə məğlub olan "Bakı" ardından Almaniyanın "İngolstadt 04" komandasına 0:4, Rumıniya təmsilçisi “Panduri”yə 0:1 hesabı ilə uduzmuşdu.