“Neftçi” yenə hakim səhvinə sevinib
27.01.2012 - 11:10
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin əvəzedici heyətinin yoxlama oyununda qəribə hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bakılılar Rusiyanın paytaxtı Moskvanı təmsil edən “Dinamo”nun gənclər komandasını kuryoz qolla məğlub edib. “Neftçi” hakimin səhv və qəribə qərarı sayəsində 1:0 hesabı ilə qalib gəlib.
“Dinamo”nun rəsmi saytının yazdığına görə, qol epizodundan görünməmiş hadisə yaşanıb: Oyunun taleyini Azərbaycan komandasının hakim səhvindən vurduğu qol həll etdi. Hakim “Dinamo”nun qapısı yaxınlığında “Dinamo”nun lehinə aut qərarı verdi. Lakin “Neftçi”nin oyunçusu topu daha tez əlinə götürüb oyuna daxil etdi. Hakim bunu görsə də oyunu davam etdirməyə qərar verdi. Bakılıların digər oyunçusu topu götürüb qapıçını aldadaraq yeganə qola imza atdı.
Qeyd edək ki, “Neftçi”nin əsas komandasının Bolqarıstan “Beroe”si ilə oyunundan sonra da rəqib hakim səhvindən gileylənmişdi.

0
0