“Joze Alesio Da Silvanın komandasından 3 illik qisasımızı Bakıda aldıq”
27.01.2012 - 11:32
“Dünya çempionatının seçmə mərhələsindən sonra biz yenidən Azərbaycan paytaxtına qayıtdıq. Bu, Bakı Beynəlxalq Futzal Turnirində iştirak etmək üçün reallaşdı”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Gennadi Lisençuk deyib.
Növbəti həftə Xorvatiyada startı veriləcək Avropa çempionatının final mərhələsinin öncəsi qalibi olduqları V Bakı Beynəlxalq Futzal Turnirini xatırlayan ukraynalı mütəxəssis ölkəmizə səfərdən razı qalıb: “Bakıda çox məhsuldar 10 günlük təlim-məşq toplanışı keçirdik. Orada hər cür şərait yaradılmışdı – qalmaq üçün beşulduzlu otel, məşqlər üçün möcüzəvi Bakı İdman Sarayı. Həmin məkanda trenajor zalı, nəzəri məşğələlər və videobaxış üçün auditoriyalar, bərpa prosesi üçün sauna və hovuz xidmətimizdə idi. Üstəlik, layiqli rəqiblərlə oynamaq imkanı qazandıq. Özbəkistan yığması Asiya çempionatının bürünc mükafatçısıdır. Onlara 2:1, Türkiyəyə 5:1 hesabı ilə qalib gəldik. Azərbaycan yığmasını isə 3:2 hesabı ilə yenməklə, məğlubiyyətin revanşını aldıq. Biz Joze Alesio Da Silvanın yetirmələrinə son 3 ildə qalib gələ bilmirdik”.
Qeyd edək ki, V Bakı Beynəlxalq Futzal Turnirində Azərbaycan ikinci olmuşdu.

0
0