Əvvəl həvəskarlar, sonra Azərbaycan yığması
27.01.2012 - 14:02
Futzal üzrə Avro-2012-nin final mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Serbiya yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Xorvatiyada təşkil olunacaq yarışda millimizlə eyni qrupda yer alan rəqibimiz fevralın 1-dəki duel öncəsi son sınağına çıxır. Asa Kovaçeviçin yetirmələri Braziliyanın həvəskarlardan ibarət “San Paulu” komandası ilə görüşəcək. Serbiyalıların rəqibi Braziliyanın ən güclü həvəskar komandası sayılır.
0
0