“Neftçi”nin yola saldığı baş məşqçi, bizə düşərli və yığmamıza qalib gələn komanda
27.01.2012 - 16:07
“Neftçi” Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə düşdüyü B qrupundakı rəqibləri ilə avrokuboklarda görüşməyib. Apasport.az saytının məlumatına görə, Polşanın “Poloniya” və Ukraynanın “Metallist” klubları UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etsə də, ümumiyyətlə, komandalarımızla yolları kəsişməyib.
“Paxtakor” isə Asiyanın klub turnirlərində oynadığından, avtomatik bizə rəqib olmayıb.
Ancaq məhz Daşkənd təmsilçisi təmsilçilərimizlə 2 dəfə görüşməyə imkan tapmayıb. Bu, “Poloniya” ilə “Metallist”in iştirak etmədiyi “Birlik kuboku”na aiddir. Özü də “Neftçi” və “Xəzər Lənkəran” Rusiyadakı ənənəvi turnirin qalibi olduğu vaxtlarda “Paxtakor”a qalib gəlib. Belə ki, bakılılar 2006-cı ildə Moskvadakı turnirin ¼ finalında qolsuz bərabərliyə qaldığı özbəkləri oyun sonrası penaltilərlə yenib. Bundan 2 il sonra isə lənkəranlılar Sankt-Peterburqdakı yarışın finalında “Paxtakor”a 4:3 hesabı ilə qalib gəlib.
Təbii ki, həm Özbəkistanın ən tanınmış komandası, həm də “Metallist” hələ SSRİ dövründə elə “Neftçi” ilə dəfələrlə görüşüb. Xarkov təmsilçisinin müstəqillik bizimlə yeganə görüşü isə yığma ilə olub. Belə ki, “Metallist” ötən ilin fevralında Dubaydakı təlim-məşq toplanışı çərçivəsində Berti Foqtsun baş məşqçisi olduğu milli komandamıza yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib.
Turnirdə iştirakı sonradan müəyyənləşən Qazaxıstan “Ordabası” klubunun baş məşqçisi isə bizlərə yaxşı tanışdır. Bu, 2005/06 mövsümünün 2-ci dövrəsində “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Viktor Pasulkodur. Maraqlıdır ki, ukraynalı mütəxəssis istefaya göndərildiyi cənub təmsilçisindən məhz “Neftçi” yola salıb. Belə ki, Pasulko həmin çempionatın son turunda “ağ-qaralar”la Tofiq Bəhramov adına Respublika stadionunda 2:2 hesablı bərabərliyə qaldıqdan sonra qovulmuşdu. Onu həmin matçda rəqibi olan, bundan sonra komandadan ayrılan baş məşqçi Ağasəlim Mircavadov əvəzlədi. Pasulko ötən ilin sonunda Qazaxıstan kubokunu qazandırdığı “Ordabası” ilə “Neftçi” qrup qalibləri olarsa, finalda görüşəcəklər.
Qeyd edək ki, Çimkənt təmsilçisi qalibin 100, 2-ci yerin sahibin 70 min dollar qazanacağı turnirin A qrupunda təşkilatçı “Terek”, Rumıniyanın “Rapid” və Latviyanın “Dauqava” klubu ilə bir qrupa düşüb.
Mehman SÜLEYMANOV

0
0