Böyükağa Hacıyevin komandasına 15 saat vaxt verdilər
27.01.2012 - 17:00
“Neftçi”nin Türkiyənin Antalya şəhərində təşkil olunan Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdəki ilk 2 oyununun başlama saatı məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ilk oyununu axşam, ikincini isə günorta keçirəcək.
Böyükağa Hacıyevin yetirmələri yanvarın 29-da Ukrayna “Metallist”i ilə görüşəcək. Həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Artıq ertəsi gün – yanvarın 30-da Polşa “Poloniya”sı ilə üz-üzə gələn bakılılar saat 13:00-da meydana çıxacaq. Bu isə o deməkdir ki, “Neftçi”nin 2 oyun arasında istirahət üçün təxminən 15 saat vaxtı olacaq.

0
0