“Neftçi” – “Paxtakor” oyununun vaxtı müəyyənləşdi
27.01.2012 - 17:53
“Neftçi” – “Paxtakor” oyununun vaxtı müəyyənləşdi
“Neftçi”nin Türkiyənin Antalya şəhərində təşkil olunan Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdəki son oyununun da başlama saatı məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Özbəkistan təmsilçisi “Paxtakor”la da günorta oynayacaq. Fevralın 1-də baş tutacaq matç Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qeyd edək ki, bakılılar yanvarın 29-da saat 20:00-da Ukrayna “Metallist”i ilə, ertəsi gün saat 13:00-da isə Polşa “Poloniya”sı ilə üz-üzə gələcək. Komanda qrup qalibi kimi finala çıxarsa fevralın 3-də saat 19:00-da oynayacaq.