Barton hara gedib?
27.01.2012 - 22:39
Barton hara gedib?
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bugün iki məşqlə təlim-məşq toplanışının 8-ci gününü yekunlaşdırıb. Apasport.az saytının xəbərinə görə, komanda günün ilk yarısında “Gloria Serenity” otelinin fitness zalında fiziki çalışmalar yerinə yetirib. Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli Vurğun Hüseynov və icazəli Deon Bartondan başqa bütün futbolçular iştirak ediblər.

Komanda sabah da hazırlıq toplanışını iki məşqlə davam etdirəcək.