"Neftçi" "Atlantis" otelində məskunlaşdı
28.01.2012 - 10:02
"Neftçi" "Atlantis" otelində məskunlaşdı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" 2 günlük fasilədən sonra hazırlığı bərpa edib. Apasport.az saytının məlumatına görə, "Mardanspor"u "Atlantis" otelinə dəyişən komanda ilk gündə bir məşqlə kifayətlənib. Futbolçular baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçən hazırlıq prosesində həvəslə çalışıblar.

Qeyd edək ki, bu gün də məşqlərlə kifayətlənəcək flaqman yanvarın 29-da Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirəcək. Komanda Bakı vaxtı ilə saat 20:00-da Ukraynanın "Metallist" klubu ilə görüşəcək.