Qitə çempionatında daha 2 komanda ¼ finala yüksəldi
28.01.2012 - 10:30
Qitə çempionatında daha 2 komanda ¼ finala yüksəldi
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, C qrupunda baş tutan II turun oyunları 1/4 finalın daha 2 iştirakçısının adına aydınlıq gətirib. Bununla da qrupdakı sonuncu tur formallığa çevrilib. Belə ki, Tunis və Qabon yığmaları ardıcıl 2-ci qələbə ilə son turun nəticələrindən asılı olmayaraq pley-off mərhələsinə yüksəlib. Yarışı Ekvatorial Qvineya ilə birlikdə təşkil edən Qabon buna 90+7-ci dəqiqədə nail olub.

Niger – Tunis – 1:2
Nqounou, 8 –Msakni, 3, Cemaa, 89
Qabon – Mərakeş – 3:2
Aubameyanq, 77, Kousin, 80, Nbananqoye, 90+7 – Xna, 25, 90+1-pen.

Turnir cədvəli: Qabon, Tunis – 6, Mərakeş, Niger – 0.

Qeyd edək ki, bunadək Ekvatorial Qvineya və Fil Dişi Sahili yığmaları da 1/4 finala yüksəlmişdi.