Polşanın “Poloniya” klubu: Biz “Neftçi”dən qorxmuruq
28.01.2012 - 12:03
“Neftçi”nin Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə düşdüyü B qrupundakı rəqibi Azərbaycan çempionundan çəkinmir. Apasport.az saytının məlumatına görə, Polşanın “Poloniya” klubu “ağ-qaralar”ın o qədər də güclü rəqib olmadığını düşünür.
Təmsilçimizlə yanvarın 30-da görüşəcək Varşava klubunun rəsmi və qeyri-rəsmi saytları turnir haqda mülahizələrini bölüşüblər. Bu saytlardan biri püşkün nəticələrini də dəyərləndirib: Turnirdə bizimlə yanaşı çıxış edən digər 7 komandadan yalnız 2-dən qorxmağa dəyər. Bunlar Rusiyanın “Terek” və Ukraynanın “Metallist” komandalarıdır. Onlardan da yalnız biri – “Metallist” bizimlə eyni qrupa düşüb.
Qeyd edək ki, “Neftçi”, “Poloniya” və “Metalist”i iulə eyni qrupda Özbəkistan “Paxtakor”u da yer alıb.

0
0