“Neftçi”nin rəqibi Ukraynada ən yaxşı seçildi
28.01.2012 - 13:16
“Neftçi”nin rəqibi Ukraynada ən yaxşı seçildi
Ukraynada 2011-ci ilin ən yaxşı futbolçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çeçenistanın ilk prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunan turnirdə Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Metallist”in üzvü də qaliblər arasında olub. Xarkovluların braziliyalı legioneri Xavyer Kleyton ən yaxşı hücumameylli yarımmüdafiəçi seçilib. O, bu adı “qol+ötürmə” nominasiyasındakı uğuruna görə əldə edib. Braziliyalı il ərzində 11 qol vurub, 14 məhsuldar ötürmə verməklə nail olub.