“Xəzər Lənkəran”dan qovulan futbolçu Primerada oynayacaq
28.01.2012 - 13:33
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Dieqo Ruis özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu Çili Primerasında çıxış edəcək. O, bu ölkənin “Antofaqasta” klubu ilə anlaşıb. 32 yaşlı futbolçu əvvəllər də Çilidə oynayıb. O, vaxtilə “Kobresal”ın şərəfini qoruyub.
Qeyd edək ki, 2010/11 mövsümünün əvvəlində “Xəzər Lənkəran”a transfer olunan argentinalı “Neftçi” ilə Lənkərandakı oyunda meydana sonradan daxil olmaqla qələbə topunu vurmaqla yadda qalmışdı. Lakin həmin 1:0 hesablı qələbədən sonra Ruis klubdan qovuldu. Onun son komandası isə Rumıniyada “Tırqu Mureş” olmuşdu.

0
0