Azərbaycan çempionu Vəli Qasımovu kəşf edən komandaya qarşı
28.01.2012 - 13:49
Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunan beynəlxalq turnirin startı veriləcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki turnirdə Azərbaycan təmsilçisi “Neftçi”nin ilk rəqibi Ukrayna “Metallist”i olacaq. Azərbaycan çempionunun yer aldığı B qrupunun əsas favoriti olan Xarkov təmsilçisi zəngin tarixi ilə öyünə bilər. Həmin bu tarix ərzində Azərbaycan futbolu ilə dəfələrlə kəsişib.
“Metallist” Azərbaycan futbolu üçün ilk növbədə Vəli Qasımovun adı ilə bağlıdır. Belə ki, ölkəmizin tarixində ən yaxşı oyunçulardan biri olmuş, İspaniya və Portuqaliya kimi güclü çempionatlarda oynayan yeganə təmsilçimiz məhz Xarkov futbolunun yetirməsi sayılır. Düzdür, Qasımov futbolda ilk addımlarını Gəncədə atıb. Lakin “Kəpəz”də onun istedadını görən, üzə çıxaran olmayıb. Artıq 15 yaşında, 1983-cü ildə yeniyetmə Xarkova yollanıb. Əvvəl “Trudoviye Rezervı”da oynayan həmyerlimiz 2 il sonra “Metallist”ə üz tutub. Məhz burada onun istedadı üzə çıxarılıb və püxtələşərək peşəkar kimi yetişib. 1985-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında Avropa çempionu olanda da bu komandanın üzvü olub. 17 yaşında “Metallist”də peyda olan Vəli peşəkar karyerasına bu komandada başlayıb. O, 1985-86-cı illərdə bu komandada 23 oyuna 2 qol vurduqdan sonra “Neftçi”nin seleksiyaçılarının diqqətini cəlb edərək vətənə qaytarılıb.
Xarkov təmsilçisinin tarixinə gəlincə isə bu komanda 1925-ci ildə yaranıb. Həmin vaxt Xarkov Paravozqayırma Zavodunun nəzdində yaranan 87 yaşlı komanda XPZ (1925-36), “Zenit” (1939), XPZ (1939-46), “Traktor” (1946), “Dzerjinets” (1946-56), “Avanqard” (1956-66) adalrı ilə çıxış edib. 1967-cin ildə indiki adına qovuşan “Metallist”i bəzən digər Xarkov təmsilçisi “Lokomotiv”lə səhv salınır. Lakin 1956-cı ildə məhz “Avanqard” “Lokomotiv”in yerinə SSRİ çempionatına qoşuldu.
1947-49, 1956-1991-ci illərdə SSRİ çempionatının müxtəlif dəstələrində oynayan “Metallist” 1988-ci ildə ölkə kubokunu qazanmaqla avrokuboklarda debüt etmək imkanı qazanıb. 1983-cü ildə kubokun finalçısı olan xarkovlular digər uğurlarını müstəqillik illərində əldə edib. 1992-ci ildən çıxış etdikləri Ukrayna miqyaslı yarışlarda ilk turnirdə kubokun finalına yüksələn “Metallist” artıq bürünc komanda imici qazanıb. Onlar ardıcıl 5 ildir Ukrayna çempionatının 3-cüsü olur. 2006/07 mövsümündən başlayan bürünc illər onları avrokubokların daimi iştirakçısına çevirib. Burada isə ötən il 1/16, ondan öncə 1/8 finalda dayanan xarkovlular yenə Avroliqanın 1/16 finalındadırlar və gələn ay Avstriya təmsilçisi “Red Bull”la qarşılaşacaq.
“Neftçi” 2 gün sonra qarşılaşacağı “Metallist”lə hələ SSRİ dövründə dəfələrlə qarşılaşıb. Təkcə SSRİ güclülər dəstəsində komandalar 20 dəfə üz-üzə gəlib. Düzdür, bəzi mənbələr, o cümlədən “Neftçi”nin 70 illiyinə həsr olunan kitabda “Metallist”-“Lokomotiv” anlaşılmazlıqları üzündən bu rəqəm 24 kimi göstərilir. Lakin 1947-49-cu illərdə 3 qələbə və 1 heç-heçə əldə edən “Lokomotiv” indiki “Metallist” deyil. Bu fakt “Metallist”in rəsmi internet saytında da öz əksini tapıb.
13/05/1961 A qrupu. 1961. Avanqard (Xarkov) - Neftçi (Bakı) 0:1
02/07/1961 A qrupu. 1961. Neftçi (Bakı) - Avanqard (Xarkov) 1:1
05/07/1962 A qrupu. 1962. Neftçi (Bakı) - Avanqard (Xarkov) 4:0
09/08/1962 A qrupu. 1962. Avanqard (Xarkov) - Neftçi (Bakı) 3:0
07/05/1963 A qrupu. 1963. Neftçi (Bakı) - Avanqard (Xarkov) 1:0
07/10/1963 A qrupu. 1963. Avanqard (Xarkov) - Neftçi (Bakı) 1:1
06/04/1982 Güclülər dəstəsi. 1982. Neftçi (Bakı) - Metallist (Xarkov) 1:0
07/08/1982 Güclülər dəstəsi. 1982. Metallist (Xarkov) - Neftçi (Bakı) 2:1
01/07/1983 Güclülər dəstəsi. 1983. Metallist (Xarkov) - Neftçi (Bakı) 1:0
15/10/1983 Güclülər dəstəsi. 1983. Neftçi (Bakı) - Metallist (Xarkov) 1:0
19/05/1984 Güclülər dəstəsi. 1984. Neftçi (Bakı) - Metallist (Xarkov) 2:0
29/09/1984 Güclülər dəstəsi. 1984. Metallist (Xarkov) - Neftçi (Bakı) 4:0 [
16/06/1985 Güclülər dəstəsi. 1985. Neftçi (Bakı) - Metallist (Xarkov) 0:0
03/11/1985 Güclülər dəstəsi. 1985. Metallist (Xarkov) - Neftçi (Bakı) 1:1
27/04/1986 Güclülər dəstəsi. 1986. Metallist (Xarkov) - Neftçi (Bakı) 2:0
24/07/1986 Güclülər dəstəsi. 1986. Neftçi (Bakı) - Metallist (Xarkov) 0:0
14/03/1987 Güclülər dəstəsi. 1987. Neftçi (Bakı) - Metallist (Xarkov) 1:2
15/11/1987 Güclülər dəstəsi. 1987. Metallist (Xarkov) - Neftçi (Bakı) 0:2
30/06/1988 Güclülər dəstəsi. 1988. Metallist (Xarkov) - Neftçi (Bakı) 1:0
14/11/1988 Güclülər dəstəsi. 1988. Neftçi (Bakı) - Metallist (Xarkov) 1:1
Yekun: 7 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət, top fərqi 18-19.
Bundan başqa Xarkovun digər təmsilçiləri ilə deyil, məhz “Metallist”lə “Neftçi” arasında daha 6 oyun baş tutub. 1982-ci ildə SSRİ kubokunda bakılılar 1:0 hesabı ilə qalib gəliblər. 1987-ci ildə SSRİ Federasiya kubokunun yarımfinalında isə xarkovlular üstün olublar – 2:1. 1973 və 1975-ci illərdə SSRİ çempionatının I dəstəsində isə 4 oyun baş tutub. Komandalar hərəyə 2 qələbə qazansa da top fərqində “Neftçi” öndədir – 11:7.
Bir sözlə komandalar indiyədək 26 dəfə üz-üzə gəliblər. “Neftçi” də, “Metallist” də 10 dəfə qalib gəlib və 6 dəfə heç-heçə ediblər. Top fərqində isə bakılılar üstündür – 31:28. Komandaların 34 il əvvələ təsadüf edən son qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb. Bakıdakı həmin matçda son qolu Maşallah Əhmədov vurub.
VÜQAR XEYRULLAYEV

0
0