“Kəpəz”in baş məşqçisi qovuldu
28.01.2012 - 16:55
“Kəpəz”də baş məşqçi dəyişikliyi olub. Apasport.az saytının xəbərinə görə, Gəncə təmsilçisinin əvəzedici komandasının baş məşqçisi Mehman Hacıyev postundan kənarlaşdırılıb.
Onun hansı səbəbdən işdən çıxarılması barədə xəbər verilmir. Amma artıq onu kimin əvəzləyəcəyi bəll olub. Bundan sonra "Kəpəz"in əvəzedici komandasına Rövşən Əhmədov başçılıq edəcək. Əhmədov futbolçu olub və "Kəpəz"in formasını geyinib. O, bundan əvvəl Gəncənin həvəskarlar liqasında çıxış edən komandasına başçılıq edib.

0
0