“Qarabağ” – üçü getdi, biri gəldi
28.01.2012 - 17:40
“Qarabağ” – üçü getdi, biri gəldi
Təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ” daha bir futbolçunu baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu Qoran Branksi Ağdam təmsilçisində özünü göstərmək şansı qazanıb.
Daha öncə baxışa gəlmiş 3 futbolçunu geri qaytaran "Qarabağ" 25 yaşlı gənc futbolçunu sınaqdan keçirəcək. Yaxın günlərdə isə komandaya daha bir neçə futbolçunun da baxışa gələcəyi gözlənilir.