Dünya çempionatının təşkilat komitəsi Lənkəranda
28.01.2012 - 18:41
Dünya çempionatının təşkilat komitəsi Lənkəranda
Azərbaycanda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə 2012-ci il dünya çempionatının təşkilat komitəsinin nümayəndələri bu gün Lənkəranda olublar. Apasport.az saytının xəbərinə görə, çempionatın oyunlarını qəbul edəcək arenalardan biri olan “Xəzər Lənkəran” Mərkəzi Stadionuna baş çəkən komitə üzvləri stadionun infrastrukturunun hazırkı durumu ilə tanış olublar.

İstər milli, istər klub səviyyəsində beynəlxalq rəsmi oyunları qəbul etmək təcrübəsi olan stadionun müxtəlif əraziləri qonaqlar tərəfindən nəzərdən keçirildi. Media, marketinq, konüllülər, qonaqlarla iş kimi müxtəlif sahələrə cavabdeh olan nümayəndələr baxışın nəticəsi olaraq hesabatlar hazırladı. Mötəbər yarışla bağlı edilməli olan zəruri dəyişikliklər stadion rəhbərliyinin diqqətinə çatdırıldı.

Qeyd edək ki, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixlərdə ölkəmizdə keçiriləcək.

lankaranfc.com