Hamısı heç-heçə
28.01.2012 - 20:04
Hamısı heç-heçə
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində bu gün son yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Norveçin "Fredrikstad" klubu ilə qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0.

Qeyd edək ki, yığmamız bu toplanış çərçivəsində keçirdiyi əvvəlki yoldaşlıq oyunlarını da heç-heçə başa vurmuşdu. Yanvarın 23-də Macarıstanın U-21 yığmasına, 3 gün sonra isə "Ferentsvaroş" klubuna qarşı keçirilən oyunlar 1:1 hesabı ilə yekunlaşmışdı.