“Çalışacağıq ki, özümüzü yalnız yaxşı tərəfdən göstərək”
29.01.2012 - 01:33
“Çalışacağıq ki, özümüzü yalnız yaxşı tərəfdən göstərək”
"Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək Premyer Liqa oyunlarına hazırlıq baxımından əhəmiyyətlidir. Yarışdakı güclü komandalarla oyunlarda gənc futbolçularımız da hədsiz dərəcədə təcrübə qazanacaqlar". Bunu "Neftçi" klubunun müdafiəçisi Denis Silva deyib.

Braziliyalı futbolçu təlim-məşq toplanışı ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Məşqlərimiz olduqca maraqlı keçir. Çempionat oyunlarına səylə hazırlaşırıq. Çalışacağıq ki, qarşıdakı turnirdə də özümüzü yalnız yaxşı tərəfdən göstərək".