Kaxaber Sxadadze: Onların cəsarəti çatmır
29.01.2012 - 01:36
“Volın”la qarşılaşmadan (0:0) sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bölüşüb. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı mütəxəssis hücumçulardan narazı qaldığını gizlətməyib: “Volın" kifayət qədər yaxşı komandadır, bununla belə, yaxşı qol vəziyyətləri yaratmağı bacardıq. Son yoxlama görüşlərindən sonra görünür ki, komandada oyunun təşkilində, fiziki hazırlıqda, yenidən düzülmədə və xəttlərarası əlaqələrdə irəliləyişlər var. Amma hücum planında oynayan futbolçularda hücumu uğurla başa vurmaq üçün bir qədər cəsarət çatışmır. Bu istiqamətdə çalışmalıyıq”.
0
0