“Xəzər Lənkəran”a lazım olmayan futbolçu darmadağına sevindi
29.01.2012 - 09:57
Afrika Millətlər Kubokunda II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, D qrupunun oyunları yetərincə məhsuldar alınıb. Cari turnirin ən qollu matçı Botsvana ilə Qvineya yığmaları arasında olub. Özü də bu 7 qoldan 5-i artıq ilk hissədə vurulub. Ötən yay “Xəzər Lənkəran”a lazım olmayaraq, komandadan çıxarılan qvineyalı yarımmüdafiəçi İbrahim Banqura bu matçı da kənardan izləyib.
Yalnız D qrupunda 1/4 finala vəsiqə hələ rəsmiləşməsə də, yüz faizli nəticə göstərən Qana yığması buna çox yaxındır. Bunun üçün vahid liderliyə yüksələn komandaya ən yaxın izləyicisi olan qvineyalılarla son turdakı oyunda 1 xal da bəsdir.
D qrupu
Botsvana – Qvineya – 1:6
Diphetoho Selolvane, 23-pen – Sadiu Diallo, 15, 27, Abdul Kamar, 42, İbrahima Traore, 45+4, Mamadu Ba, 84, Nabi Suma, 86
Qana – Mali – 2:0
Asamoa Qyan, 63, Andre Ayu, 76
Qeyd edək ki, təşkilatçı ölkənin hər ikisi – Ekvatorial Qvineya ilə Qabon artıq 14 finala vəsiqə qazanıblar. Onlarla yanaşı, Tunis və Fil Dişi Sahili yığmaları son tur öncəsi buna nail olublar.

0
0