“Neftçi”nin rəqibi əzmkar qələbə ilə başladı
29.01.2012 - 10:44
“Neftçi”nin iştirak etdiyi Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun qrupdakı 2 digər rəqibinin görüşü “Poloniya”nın əzmkar qələbəsi ilə nəticələnib. Polşalılar “Paxtakor”dan ilk hissədə buraxdığı qolun əvəzini fasilədən sonra çıxıb.
Turnirin təşkilatçısı olan “Terek” isə Qazaxıstan son kubokunun qalibi “Orbasası”ya çətinliklə qalib gəlib. Qroznı təmsilçisi “Xəzər Lənkəran”ın ukraynalı sabiq baş məşqçisi Viktor Pasulkonun çalışdırdığı komandanın qapısına yalnız 90-cı dəqiqədə yol tapa bilib. A qrupunun digər oyununda Buxarest “Rapid”i Riqanın “Dauqava” klubu üzərində inamlı qələbə qazanıb.
A qrupu
“Terek” (Rusiya) – “Ordabası” (Qazaxıstan) – 1:0
Sadayev, 90
“Rapid” (Rumıniya) – “Dauqava” (Latviya) – 3:1
Surdu, 25, Deyaç, 37-pen, Teyşeyra, 45 – Kravçenko, 60
B qrupu
“Poloniya” (Polşa) – “Paxtakor” (Özbəkistan) – 2:1
Vjolek, 57, Bruno, 74-pen – Əzizov, 20
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən turnirdə ilk turun son matçı bu gün “Neftçi” ilə Ukraynanın “Metallist” klubu arasında keçiriləcək.

0
0