“Kəpəz”dən ardıcıl 2-ci qələbə
29.01.2012 - 11:00
“Kəpəz”dən ardıcıl 2-ci qələbə
“Kəpəz” Antalyada təlim-məşq toplanışında 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Polşanın "Qurnik" klubu üzərində də inamlı qələbə qazanıb – 3:1. "Kəpəz"in qollarına Dmitri Parxaçov, Yuri Fomenko və Ceyhun Sultanov imza atıb.

Qeyd edək ki, gəncəlilər ilk matçında Qazaxıstanın “Atırau” klubunu 4:1 hesabı məğlub etmişdi. Həmin oyunda dubl edən ukraynalı hücumçu Fomenko ilə 1 qol vuran təcrübəli yarımmüdafiəçimiz Sultanov yenə fərqlənib.