“Neftçi” beynəlxalq turnirə məğlubiyyətlə başladı - YENİLƏNİB
29.01.2012 - 21:00
“Neftçi” beynəlxalq turnirə məğlubiyyətlə başladı -  YENİLƏNİB
Bu gün “Neftçi” Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə debüt edib. Apasport.az saytının məlumatına görə, son çempionumuz Antalyada təşkil olunan yarışda ilk oyununu Ukraynanın “Metallist” klubu ilə keçirib.

“Neftçi” ilə hələ SSRİ çempionatlarında dəfələrlə görüşən Xarkov klubu son 5 ildə Ukrayna Premyer Liqasının bürünc medalçıdır. Avroliqada axır illərdə çıxışı uğurlu alınan “Metallist” yenə qrupdan çıxaraq, 1/16 final iştirakçısı olacaq.

Qış çempionumuz ilk qolun əvəızini çıxa bilsə də, sonradan buraxdığı 2 topa cavab verməyib. Bununla da “Neftçi” turnirə 1:3 hesablı məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, Antalyadakı turnirdə finalda qrup qalibləri görüşəcək. “Neftçi”nin yer aldığı B qrupunda ilk oyunda “Poloniya” (Polşa) “Paxtakor”a (Özbəkistan) 2:1 hesabı ilə qalib gəlib.

19:00. “Neftçi” (Azərbaycan) - “Metallist” (Ukrayna) - 1:3
QOLLAR: Georgiyevski, 23 - Xavyer, 15, Blanko, 36, Kristaldo, 78

15-ci dəq. Rəqibin legioneri Xavyerin gözəl zərbəsi dirəyə dəyərək, qapımızdan keçir.
23-cü dəq. Slavço Georgiyevski cərimə zərbəsindən ötürülən topa hamıdan qabaq yetişərək, onu 11 metr məsafədən tora qovuşdurub.
36-cı dəq. Blanko 22 metrdən dəqiq zərbə ilə topu “doqquzluğ”a göndədir.
78-ci dəq. Kristaldo qapıçı ilə təkbətək çıxaraq, komandasının üstünlüyünü artırır.