“Bakı” üstünlüyünü əldən verdi - YENİLƏNİB
29.01.2012 - 20:54
“Bakı” üstünlüyünü əldən verdi - YENİLƏNİB
Bu gün “Bakı” Antalyadakı hazırlıq prosesində 4-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” Kiyev “Arsenal”ı ilə görüşüb. Bakı vaxtı ilə saat 19:00-da başlayan oyunda bakılılar ilk qələbəsini qazanmağa yaxın olub. Belə ki, komandamız braziliyalı yarımmüdafiəçi Xavyer Juniorla matçda hesabı açıb. Ancaq “Bakı” 2-ci hissənin ortasında 2 top buraxaraq, üstünlüyünü əldən verib.

Qeyd edək ki, bakılılar ilk 3 oyunda “AZ Alkmaar”a (Hollandiya) 1:5, “İnqolştad”a (Almaniya) 0:4, “Panduri”yə (Rumıniya) 0:1 hesabı ilə uduzub.