Joze Mourinyo jurnalistlərdən bezib, İspaniyadan gedir
29.01.2012 - 15:26
Joze Mourinyo jurnalistlərdən bezib, İspaniyadan gedir
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniyadakı karyerasını başa vurmaq istəyir. Apasport.az saytının məlumatına görə, 49 yaşlı portuqaliyalı mütəxəssis artıq cari mövsümün sonunda İngiltərə Premyer Liqasına qayıtmağı düşünür. Mourinyoya yaxın mənbə bildirib ki, mütəxəssisə İspaniya mətbuatı tərəfindən “Real”a yüksək diqqətdən yaranan daimi gərginlikdən bezib: “Joze Madriddəki vəziyyətdən bezib. O, komandasının çıxışından asılı olmayaraq, İngiltərəyə dönməyi qərara alıb. Burada məsələ qətiyyən pulla bağlı deyil”.

Mourinyo “Real”da ildə 8,4 milyon funt sterlinq almaqla, dünyada ən çox qazanan məşqçidir. O, Mançesterin hər 2 təmsilçisi ilə əlaqədədir. Fransalı Arsen Vengerin “Arsenal”da, Mourinyonun uzun illər köməkçisi olmuş həmyerlisi Andre Villaş-Boaşın “Çelsi”də kreslosu gündən-günə daha çox laxlayır. Buna görə də ona İngiltərə yenidən iş tapılacaq.

Qeyd edək ki, Mourinyo 2004-2008-ci illərdə baş məşqçisi olduğu “Çelsi”ni 2 il dalbadal ölkə çempionu etməklə, uzun müddətlik həsrətinə son qoydu.