“Neftçi” ilə oyunda mübarizə və intriqa yalnız xeyrimizə olacaq”
29.01.2012 - 15:51
“Neftçi” ilə oyunda mübarizə və intriqa yalnız xeyrimizə olacaq”
Ukraynanın “Metallist” klubunun baş məşqçisi Miron Markeviç “Neftçi” ilə bir qrupda yer aldıqları Antalyadakı beynəlxalq turnirdə məqsədlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli ukraynalı mütəxəssis Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə iştirakı faydalı sayır.

Dubaydan yenicə təlim-məşq toplanışından qayıdan Xarkov təmsilçisi Antalyadakı hazırlıq prosesində belə turnirdə oynamağı yoxlama matçlarından daha üstün tutur: “Turnirdəki rəqiblərimizin səviyyəsi ilə razıyıq. İndi bizə yetərincə sayda yaxşı oyun praktikası qazanmaq həddən artıq vacibdir. Üstəlik, turnirdə iştirak etmək daha maraqlıdır, nəinki sadəcə, yoxlama oyunları keçirmək. Turnirdəki oyunlarda mübarizə və intriqa yetirmələrimin yalnız xeyrinə olacaq”.

Qeyd edək ki, Markoviçin komandasının turnirdə ilk sınağı bu gün Bakı vaxtilə saat 19:00-da “Neftçi” ilə olacaq.