“Qarabağ”ın daha 2 rəqibi müəyyənləşdi
29.01.2012 - 17:36
“Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda daha 2 rəqibi müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar sabah Kiyevin “Obolon” klubu ilə görüşəcək. Oyun Bakı vaxtilə saat 17:00-da başlayacaq.
Bundan 1 gün sonra Rumıniyanın “Petrolul Ploiesti” klubu ilə matç qüvvədədir. Həmin oyun Bakı vaxtilə saat 17:15-də başlayacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu 2 oyunda fərqli heyəti meydana buraxacaq.
Qeyd edək ki, bürünc mükafatçımız Antalyada Qazaxıstanın “Taraz”, Avstriyanın “Rud” və Rumıniyanın “Taraz” klubları ilə oynayıb.

0
0