“Qəbələ”nin Antalyada ilk qələbəsi - YENİLƏNİB
29.01.2012 - 19:15
“Qəbələ”nin Antalyada ilk qələbəsi - YENİLƏNİB
“Qəbələ” Antalyadakı yoxlama oyunları çərçivəsində 3-cü matçını Rumınıyanın “Vitorul Konstanta” klubu ilə keçirib. Apasport.az saytının məlumatına görə, matç “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da qəbələlilər Antalyada ilk qələbəsini qazanıb.

“Qəbələ”: Grem Smit (Elnar Kərimov), Daniel Kruz, Lyubo Baranin, Saşa Yunisoğlu (Stiv Olfers), Mahir Şükürov (Ürfan Abbasov), Aleksandr Çertoqanov (Abdulkader Kamara), Bruno da Silva, Veselko Trivunoviç (Elmar Baxşıyev), Viktor Mendi, Yannik Kamanan (Nuran Qurbanov), Dodo (Murad Hüseynov).

“Vitorul Konstanta” : Bolboaşa Mirel, Oniçaş Mihai, Larie Lonut, George Kalinraru, Alixandru Lazar, Vasilika Kristosea, Vasile Pakuraru, Vlad Rusu, Gabriel İanku, Valentin Simion, Florin Bejan.

Oyun “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. Yeganə qol isə 38-ci dəqiqədə Mendidən ideal ötürmə alan Dodonun aktivinə yazılıb. Qarşılaşmanın 85-ci dəqiqəsində Daniel Kruz ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılsa da, “Qəbələ” qələbə hesabını qoruya bilib.
Əsası 2009-cu ildə qoyulan “Vitorul Konstanta”nın sahibi əfsanəvi futbolçu George Hacidir. Tamaşaçılar arasında yer alan Haci matçı sona kimi izləyib.

Qeyd edək ki, Fatih Kavlakın baş məşqçisi olduğu komandamız ilk 2 yoxlama matçında Qazaxıstanın “Atırau” və Ukraynanın “Krivbass” klublarına 1:2 hesabı ilə uduzmuşdu.