“Neftçi” “Metallist”lə oyununun yayımlanmamağının səbəbini açıqladı
29.01.2012 - 19:01
“Neftçi”nin Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə “Metallist”lə bugünkü oyununun canlı yayımı baş tutmayıb. Apasport.az-ın məlumatına görə, Bakı klubunun rəsmi saytıma bununla bağlı məlumat yerləşdirilib. Bildirilir ki, Azərbaycanı bu yarışda təmsil edən "Neftçi" turnirin oyunlarının, xüsusilə də özünün iştirakı ilə keçiriləcək görüşlərin yayımlanmasının tərəfdarı olub və qarşılaşmaları yayımlayacaq kanala hərtərəfli kömək göstərəcəyini dəfələrlə açıqlayıb: “Amma çox təəssüf ki, bu işi öz üzərinə götürən "İdman Azərbaycan" kanalı buna qeyri-peşəkarcasına yanaşaraq, oyunların yayımlanması ilə bağlı təşkilati işləri həll edə bilməyib. Hətta turnir üçün nəzərdə tutulan xüsusi proqramda da oyunu yayımlayacaq kanallar arasında "İdman Azərbaycan"ın adı göstərilsə də, bu iş həllini tapmayıb. Bu səbəbdən "Neftçi" - "Metallist" matçı Azərbaycan ərazisində canlı yayımlanmayacaq”.
"Neftçi" bir daha bəyan edir ki, turnirdəki oyunlarının canlı yayımlanması üçün hər bir telekanala yaxından kömək göstərməyə hazırdır: “Bizdən asılı olmayan səbəblərdən "Metallist"lə matçın canlı yayımlanmamağı üçün bütün azarkeşlərə üzrxahlıq edir. Bununla belə, fanatlarımız bu qarşılaşmanın onlayn gedişini saat 19:00-dan etibarən saytımız vasitəsilə izləyə bilərlər”.

0
0