Daha bir azərbaycanlı futbolçu “Birlik kuboku”nun qalibi oldu
29.01.2012 - 21:27
Bu gün Rusiyada keçirilən ənənəvi “Birlik kuboku” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqda keçirilən yarışın həlledici oyununda Rusiyanın və Belarusun 21 yaşlılardan ibarət yığmaları (U-21) görüşüb. Ruslar 2:0 hesabı ilə qalib gəlib.
Bununla da daha bir azərbaycanlı futbolçu “Birlik kuboku”nun qalibi olub. Bu, millimizə namizəd olan, AFFA-nın rəsmi dəvətinə hələ cavab verməyən Emin Mahmudovdur. Moskva “Spartak”ının 20 yaşlı yarımmüdafiəçisi Rusiyanın U-21-nin heyətinə cəlb edilərək, finalı əvəzedilmədən keçirib və 87-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, turnir bu ilə qədər klub səviyyəsində keçirilirdi və Rusiyadan Moskva “Spartak”ı ilə “Lokomotiv” qalib olub. Ölkəmiz 3 dəfə - 2006-cı ildə “Neftçi”, 2009-cu ildə “Xəzər Lənkəran”, 2011-ci ildə “İnter”lə “Birlik kuboku”nu qazanıb. Bu ildən turnirin reqlamenti dəyişdirilərək, U-21-lərin oynanılmağına qərar verildi və şimal qonşularımız qələbəsi ilə “İnter”in xələfi oldu.

0
0