“Məğlubiyyətə baxmayaraq, belə oyunlar “Neftçi”nin xeyrinədir”
30.01.2012 - 00:18
“Məğlubiyyətə baxmayaraq, belə oyunlar “Neftçi”nin xeyrinədir”
"Komandamız yaxşı oynadı, amma "Metallist" daha güclü idi. Rəqibin heyətində adlı-sanlı futbolçular çıxış edir. Təsadüfi deyil ki, bu komanda son illər Avropa kuboklarında yaxşı təsir bağışlayır". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi" klubunun müdafiəçisi İqor Mitreski deyib.

Makedoniyalı futbolçu Antalyada beynəlxalq turnirdə uduzduqları "Metallist"lə oyunu belə şərh edib: "Məğlubiyyətə baxmayaraq, belə oyunlar "Neftçi"nin xeyrinədir. Bu görüşdə komandamızın heyətində daha çox gənc futbolçular meydana çıxdı. Güclü futbolçulara qarşı oynamaq gənclər üçün böyük təcrübədir".