“Atırau” rəsmisi Ramiz Məmmədovu təriflədi
30.01.2012 - 02:51
“Atırau” rəsmisi Ramiz Məmmədovu təriflədi
“Bizim Ramiz Məmmədovdan hansısa narazılığımız yox idi”. Bunu apasport.az saytına açıqlamasında “Atırau” klubunun icraçı-direktoru Arman Umbetkaliev deyib.

Antalyada hazırlıq keçən Qazaxıstan təmsilçisi son yoxlama matçında “Xəzər Lənkəran”la qarşılaşdı (1:2). Oyundan öncə icraçı-direktordan həmyerlimiz Ramiz Məmmədovun “Atırau”nun baş məşqçi postundan ayrılmasının əsl səbəblərini bilmək üçün ona yaxınlaşdıq.

Azərbaycandan olduğumuzu eşidincə, Umbetkaliev öncə Məmmədov haqda bilgi istədi. Onun hazırda işsiz olduğunu dedikdən sonra icraçı-direktor həmyerlimizin ünvanına xoş sözlər söylədi: “Mən Məmmədovun istefası sizə geniş açıqlama vermək istəməzdim. O, istefaya göndərilməyib, öz istəyi ilə komandadan ayrılıb. Yaxşı insan, yaxşı məşqçi idi”.