Meydan sahibləri zirvəni əldən verdi
30.01.2012 - 10:41
Meydan sahibləri zirvəni əldən verdi
Afrika Millətlər Kubokunda III tura start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan 2 qarşılaşma ilə A qrupunda mübarizəyə yekun vurulub. Qrup birinciliyi uğrunda matçda meydan sahibi Ekvatorial Qvineyaya qalib gələn Zambiya futbolçuları da ¼ finala 1-ci yerin sahibi kimi yüksəlib. Bu görüşədək növbəti mərhələyə vəsiqəni təmin edən meydan sahibləri məğlubiyyətlə zirvəni əldən verib.

Ekvatorial Qvineya – Zambiya – 0:1
Katonqo, 68
Liviya – Seneqal – 2:1
Bussefi, 5, 84 – Ndiaye, 11
Turnir cədvəli: Zambiya – 7, Ekvatorial Qvineya – 6, Liviya – 4, Seneqal – 0.