Yığmamızın futbolçusu Konyada cəzalandı
30.01.2012 - 10:49
Yığmamızın futbolçusu Konyada cəzalandı
Türkiyə çempionatının I dəstəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Amit Quluzadənin çıxış etdiyi “Erciyəsspor” səfərdə “Konyaspor”un qonağı olub. Kayseri təmsilçisi bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətində meydana çıxan Amit 71-ci dəqiqədə əvəzlənib. Quluzadə bu müddətdə sarı vərəqə ilə də cəzalanıb.