“Neftçi”dən ilk qələbə - YENİLƏNİB
30.01.2012 - 21:30
“Neftçi”dən ilk qələbə - YENİLƏNİB
Antalyada Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün növbəti oyunlar keçirilib.

Apasport.az saytının xəbərinə görə, ilk görüşündə Ukraynanın “Metallist” komandasına uduzan (1:3) “Neftçi” bu dəfə Polşa təmsilçisi ilə görüşüblər. B qrupunda mübarizə aparan "ağ-qaralar" “Poloniya” ilə qarşılaşıblar. Bu dəfə də məğlub olacağı təqdirdə, bakılılar turnirlə erkən vidalaşacaqdılar ki, Böyükağa Hacıyevin yetirmələri buna imkan verməyib. Paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gəlməyi bacarıb. Qollardan ikisini Bahodir Nasimov, 1-ni isə Cavid İmamverdiyev vurub.

Qeyd edək ki, bu “Neftçmi”nin 2012-ci ildə Antalyada keçirdiyi oyunlarda ilk qələbəsidir.