“Kəpəz” “Spartak”la qarşılaşacaq
30.01.2012 - 13:56
“Kəpəz” “Spartak”la qarşılaşacaq
Antalyada təlim-məşq toplanışında olan Gəncənin "Kəpəz" klubu daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, gəncəlilərin növbəti rəqibi Moskvanın "Spartak" klubunun əvəzedici heyəti olacaq. Baş məşqçi Fuad Ismayılov bu dəfə komandanın gənc futbolçularına şans verəcək. "Kəpəz"lə "Spartak" arasında bu gün baş tutacaq yoxlama oyunu Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.