Azərbaycan yığması qrupda 2-ci olacaq
30.01.2012 - 14:07
Azərbaycan yığması qrupda 2-ci olacaq
Futzal üzrə Avropa çempionatının Xorvatiyada keçiriləcək final mərhələsi ərəfəsində İspaniya mətbuatı yarış haqda proqnoz verib. Apasport.az saytının məlumatına görə, pireneylilər 12 iştirakçı komandanın hər birini ayrı-ayrılıqda dəyərləndirərək onların qrupda tutacağı yer haqda mülahizə yürüdüb.

Portuqaliya və Serbiya yığmaları ilə mübarizə aparan komandamız haqda fikir bildirən həmkarlarımız onların qrup ikincisi olacağını düşünür. İspanların fikrincə Portuqaliya 1-ci, Serbiya 3-cü olacaq: Azərbaycan yığması ötən çempionatın ən böyük sürprizlərindən biridir. Onlar bunun təsadüf olmadığını sübut etməyə çalışacaq. 2010-cü ildə yarımfinalda oynamağın taleyin hədiyyəsi olmadığını sübut etmək isə asan olmayacaq.

Qeyd edək ki, millimiz 2 il əvvəl yarımfinalda məhz Portuqaliyaya uduzmuşdu.