“Simurq” son matçında da qələbə qazana bilmədi - YENİLƏNİB
30.01.2012 - 18:27
“Simurq” son matçında da qələbə qazana bilmədi - YENİLƏNİB
Bu gün “Simurq” Antalyada sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Almaniyanın II Bundesliqa təmsilçisi “Offenbax”la görüşüb. Bakı vaxtilə saat 16:30-da başlayan matç Premyer Liqa təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Zaqatala təmsilçisinin heyətində yeganə qolun müəllifi Ruhid Usubov olub.

Qeyd edək ki, “Simurq” ilk 2 oyununda Qazaxıstanın “Kaysar” və Gürcüstanın “Torpedo” klubları ilə 1:1 hesablı bərabərliyə qalıb.