“Xəzər Lənkəran”a türkiyəli futbolçu gəlir
30.01.2012 - 15:50
“Xəzər Lənkəran”a türkiyəli futbolçu gəlir
"Həm Türkiyədən, həm də Braziliyadan danışıqlar apardığımız futbolçular var". Apasport.az saytının xəbərinə görə, bunu "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi qarşıdakı həftədə hər şeyə aydınlıq gələcəyini bildirib: "Hansı klubdan olmaları və kimliklərini demək düzgün olmaz. Lakin müdafiə, yarımmüdafiə və hücum xəttinə bizə futbolçu lazımdır. Danışıqlar apardığımız futbolçularla anlaşmamızın alınıb, alınmaması qarşıdakı həftədə bilinəcək".
korner.az